"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq
19 may 2025 11:52 (UTC +04:00)

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

“Duz qəbulunun azaldılması sağlamlıq üçün olduqca vacibdir. Xüsusilə, yüksək qan təzyiqi və ürək xəstəlikləri olan insanlar duzdan daha az istifadə etməlidirlər”

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri dietoloq Oleq Şvets öz feysbuk hesabında paylaşıb.

Dietoloqun sözlərinə görə, duzun əsas komponenti olan natriumun həddindən artıq qəbulu qan təzyiqinin yüksəlməsinin əsas səbəblərindən biridir:

“Təəssüf ki, statistika göstərir ki, ukraynalıların böyük hissəsi  tövsiyə ediləndən daha çox duz istehlak edir. Natrium orqanizm üçün az miqdarda vacibdir Lakin emal olunmuş və hazır məhsullarla zəngin qidalanma çox zaman insanların fərqinə varmadan normadan artıq natrium qəbul etməsinə səbəb olur”.

Duz qəbulunun gündəlik norması nə qədərdir?

Duz qəbulunu azaltmaq üçün ilk addım fərdi gündəlik normanı təmin etməkdir. Tövsiyə olunur ki, böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr: gündə 5 qramdan çox olmayaraq, 9–13 yaşlı uşaqlar gündə 4 qramadək, 4–8 yaşlı uşaqlar gündə 3 qramadək, 1–3 yaşlı uşaqlar gündə 2 qramadək duz istifadə etməlidirlər. 

Bəs duzlar haradadır? 

Duzun çox hissəsi stolüstü duz qabından deyil, məhsullardakı gizli mənbələrdən orqanizmə daxil olur. Belə “duzlu tələlər”ə aşağıdakılar daxildir:

Emal olunmuş ət məhsulları: kolbasa, sosiska, delikateslər;

Souslar, ədviyyatlar, hazır qarışıqlar;

Hazır yeməklər: instant əriştə, paket şorbalar;

Duzlu görünməyən məhsullar, məsələn çörək, əslində çox miqdarda duz ehtiva edə bilər.

Duz qəbulunu necə azaltmaq olar?

Məhsul seçərkən tərkibindəki natrium miqdarına diqqət yetirin. 100 qram məhsulda 0,3 q duz (və ya 0,12 q natrium) və daha az miqdar aşağı duz tərkibi hesab olunur. 

Duzlu qəlyanaltıları (çipslər, duzlu qoz-fındıq) duzsuz növlərlə, meyvə və tərəvəzlərlə əvəz edin. Hazır məhsullar əvəzinə təzə ət, toyuq, balığa üstünlük verin. Soussuz dondurulmuş və ya aşağı natriumlu konservləşdirilmiş tərəvəzlər seçin.
Bundan başqa evdə bişirmək duzun miqdarına tam nəzarət imkanı verir. Bişirərkən daha az duz istifadə edin, dadı artırmaq üçün otlar və ədviyyatlardan (sarımsaq, zəncəfil, istiot və s.) istifadə edin. Konservləşdirilmiş məhsullardan istifadə edirsinizsə, onları istifadədən əvvəl mütləq yuyun.


Kaliumla zəngin məhsullar natriumun mənfi təsirini neytrallaşdırmağa və qan təzyiqini aşağı salmağa kömək edir. Rasionunuza banan, kartof, lobya, ispanaq, süd məhsulları əlavə edin.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar

Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45
Çiyələk mürəbbəsini  belə hazırlayın: RESEPT

Çiyələk mürəbbəsini belə hazırlayın: RESEPT

8 may 2025 , 17:00
 Göyərtini   yeməyə nə zaman əlavə etmək olar?

Göyərtini yeməyə nə zaman əlavə etmək olar?

8 may 2025 , 12:07