Niyə yumurtaların həmişə sivri ucu  aşağı yerləşdirilir?
24 noyabr 2025 10:29 (UTC +04:00)

Niyə yumurtaların həmişə sivri ucu aşağı yerləşdirilir?

0

Yumurtaların sivri ucunun aşağı saxlanmasının bir neçə səbəbi var.

Lent.az xəbər verir ki, ilk növbədə bu, onu  və zədələrdən qorunmadır. Şaquli vəziyyətdə qoyulan yumurtalar daha dayanıqlı olur.

Onları təsadüfən yıxmaq və ya sürüşdürmək çətindir. Belə olanda yumurtalar qabda möhkəm dayanır, az yer tutur və qablaşdırılması da asanlaşır. Üstəlik, yumurtanın iti tərəfinin qabığı daha qalın və möhkəmdir, buna görə də zədələnmə ehtimalı azalır.

İkinci səbəb təzəliyin qorunması və saxlanma müddətinin uzadılmasıdır. Yumurtanın daxilində kiçik hava kisəsi olur və bu kisə yumurtanın daha “küt” olan yuxarı ucuna yaxındır. Bu hava kisəsi yumurtanın təhlükəsiz saxlanmasında və sarının qorunmasında mühüm rol oynayır.

Ən vacibi budur: yumurta iti tərəfi aşağı qoyulduqda, hava kisəsi yuxarıda qalır, sarı isə mərkəzdə, sanki zülalın “yastığı” içində üzür. Beləcə, sarı qabığa və ya membrana toxunmur, bütöv və təmiz qalır. Bu isə yumurtanın uzun müddət xarab olmamasının əsas şərtidir.

Əgər yumurta əksinə küt tərəfi aşağı qoyularsa, hava kisəsi aşağı düşür, sarı isə yerdəyişmə edərək membrana yaxınlaşır və ona yapışa bilər. Bu zaman yumurta daha tez xarab olur.

Qaydalara görə, yumurtaları soyuducuda dörd aya qədər, otaq temperaturunda isə təxminən bir ay saxlamaq mümkündür. Yumurtanı tərsinə çevirsəniz, o artıq bir neçə həftə ərzində xarab olmağa başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar