Şokoladlı xəmirlə piroq RESEPTİ
19 aprel 2025 11:36 (UTC +04:00)

Şokoladlı xəmirlə piroq RESEPTİ

Hazırlanması çox tez başa gəlir, vaxtınızın çoxunu almayacaq. Bu yemək süzmə pendirindən hazırlanan zapekanka (sobada bişmiş piroq) ilə oxşardır, amma həm daha dadlı, həm də bayrama uyğun görünür.

Lent.az piroq reseptini təqdim edir:

Lazım olanlar:

Tvoroq (süzmə) kütləsi üçün:

500 qram yumşaq süzmə pendiri

3 ədəd yumurta

2/3 stəkan şəkər tozu

1/2 portağalın qabığının rəndəsi

1 xörək qaşığı qarğıdalı nişastası

100 qram əlavələr (kişmiş, qurudulmuş meyvə, qoz-fındıq) – istəyə görə

Şokoladlı xəmir üçün

80 qram soyudulmuş kərə yağı

90 qram şəkər tozu (təxminən 1/3 stəkan)

100 qram un (təxminən 2/3 stəkan)

2 xörək qaşığı kakao

Bişirmək üçün forma – təxminən 24 santimetr diametrdə

Hazırlanması

Əvvəlcə xəmiri hazırlayın. Kərə yağını sürtkəcdən keçirin və ya bıçaqla doğrayın. Üzərinə un, şəkər və kakao əlavə edin. Əvvəlcə əllə qarışdıraraq qırıntı halına salın, sonra xəmir yoğurun. Xəmirin az hissəsini (təxminən 1/3 hissəsini) polietilen torbaya qoyun və 20 dəqiqəlik dondurucuya yerləşdirin. Əgər vaxt varsa, soyuducuya da qoymaq olar – sadəcə daha uzun müddət saxlanmalıdır.

Bu vaxt süzmə kütləsini hazırlayın

Yumurta və şəkəri blenderlə yaxşıca çalın. Üzərinə nişasta və portağal qabığı rəndəsini əlavə edin. Kütləni qaşıqla qarışdırın. İstəyə görə kişmiş, quru meyvə və ya qoz da əlavə edə bilərsiniz.

Bişirəcəyiniz formanı perqament kağızı ilə örtün. Formanın altına qalan xəmiri yayın və bərabər şəkildə basın. Üzərinə süzmə kütləsini əlavə edin və hamarlayın. Soyudulmuş xəmiri iri sürtkəcdən keçirin və süzmə kütləsinin üzərinə səpin. Əvvəlcədən 180°C-yə qədər qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin.

Hazır olduqdan sonra piroqu formadan çıxarmayın!

Soyumağa və yaxşıca “oturmağa” vaxt verin – təxminən 5-6 saat. Bu zaman kəsimdə daha gözəl görünəcək və daha dadlı olacaq.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000

Oxşar yazılar

"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45
Çiyələk mürəbbəsini  belə hazırlayın: RESEPT

Çiyələk mürəbbəsini belə hazırlayın: RESEPT

8 may 2025 , 17:00
 Göyərtini   yeməyə nə zaman əlavə etmək olar?

Göyərtini yeməyə nə zaman əlavə etmək olar?

8 may 2025 , 12:07