Şorbalara bu 3 məhsulu  əlavə edin – Yemək daha dadlı və sağlam olacaq
19 aprel 2024 18:22 (UTC +04:00)

Şorbalara bu 3 məhsulu əlavə edin – Yemək daha dadlı və sağlam olacaq

Şorbalar pəhrizimizdəki ən sağlam yeməklərdən biridir. Ancaq bu həmişə doğru ifadə deyil. Bir həftə soyuducuda qalan məhsullardan yağlı şorbalardan danışırıqsa, onların faydası təbii ki, azdır. Ancaq bir neçə məhsul var ki, onları şorbalara əlavə etsəniz, yemək daha ləzzətli və sağlam olacaq. 

Lent.az həmin 3  məhsulu təqdim edir: 

İstənilən növ göyərti

Şorbalara cəfəri və şüyüd əlavə etmək onu dadlı edəcək ən yaxşı alternativlərdən biridir. Həmçinin, bir çox evlərdə də bu göyərtilərdən istifadə olunur. Ancaq başqa göyərti növləri də var ki, onlar da şorbalara xüsusi dad əlavə edə bilər. Bunlara əsasən reyhan, marjoram və hətta bir az rozmarin misal göstərə bilərik. Göyərtilər həm təzə, həm də qurudulmuş şəkildə əlavə oluna bilər. 

Limon suyu

Bu hiylə tez-tez restoranlarda aşpazlar tərəfindən istifadə olunur. Çünki bu sitrus meyvələrinin şirəsi ən banal şorbanı belə dəyişdirə bilər.

Limon suyu yemək təqdim olunmazdan əvvəl əvvəl əlavə olunur. 

Kərəviz

Kərəviz qiymətli tərkibinə görə dünyanın ən faydalı tərəvəzlərindən biridir. Buna görə də, hər hansı bir şorba hazırlayarkən ona kərəviz əlavə edərək dadını möhtəşəm etmək mümkündür.  
 

# 30078
avatar

Sevinc Fərid

Oxşar yazılar