Burnu çürüdü,   toy ərəfəsi həyatının şokunu yaşadı
08 aprel 2024 19:22 (UTC +04:00)

Burnu çürüdü, toy ərəfəsi həyatının şokunu yaşadı

İstanbulda yaşayan 25 yaşlı Gülizar Aras burnunu stetik əməliyyat etdirdikdən sonra həyatı alt-üst olub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ilk dəfə 2021-ci ilin  fevral ayında əməliyyat keçirən qız toyuna hazırlaşırdı,  bir neçə ay sonra ailə qurub, gəlinlik  libası geyinmək niyyətindəydi. Lakin 6 ay sonra onun burnu çürüməyə başlayıb. 

“Doktorlar tibbdə adına “Tutuquşu dimdiyi” deyilən sindrom yarandığını hüceyrələrimin öldüyünü dedilər. İkinci əməliyyat keçirdim. Burnum yenə çökdü. Üçüncü əməliyyatla burnum tamamilə dəhşəli hala qaldı. Nə toy edə bildim, nə sağlam yaşaya. İşimdən oldum, küçədə insanlar üzümə baxanda utanıram” deyən Gülizar bildirib ki, dördüncü dəfə estetik yox, plastik cərrahi əməliyyata girərək, burnumu normal şəklə saldırmağa çalışaaq.
 

# 2619
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar