Dondurulmuş qidalar  ən azı 4 xəstəliyə səbəb olur – ARAŞDIRMA
19 aprel 2024 17:17 (UTC +04:00)

Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur – ARAŞDIRMA

Biz tez-tez gərgin iş və həyat tempində praktiki seçimə, yəni dondurulmuş qidalara üstünlük veririk. Onları ya marketlərdən alırıq, ya da evdə özümüz hazırlayırıq. Bu qidaları istehlak edərkən bir çoxumuzun ağlına təzə qidalar qədər faydalı olub-olmaması və ya dondurulduğunda nə kimi zərərləri olduğu barədə suallar yarana bilər.

Lent.az xarici mediaya istinadən bununla bağlı kiçik bir araşdırma edərək bildirir ki, dondurulmuş qidaların da müəyyən bir istifadə tarixi var və bu saxlama müddəti daimi deyil. 

Mövsümi dəyişikliklər bir çox insanın süfrələrində müxtəliflik təmin etməyə çalışır. Bu da əvvəlki mövsümi məhsullarını dərin dondurucularda saxlamasına səbəb olur. Bununla belə, mütəxəssislər hətta dondurulmuş qidaların da müəyyən son istifadə müddəti olduğunu və düzgün olmayan saxlama üsullarının onların qida dəyərini azaldacağını vurğulayıb.

Gündəlik qidalanma vərdişlərini müəyyən edən mühüm amillərdən biri də yeməklərin bişirilməzdən əvvəlki şəraitdən süfrəyə çatana qədər saxlanması prosesidir. Bu prosesin düzgün idarə edilməsi həm sağlamlıq, həm də qida dəyərləri baxımından mühüm rol oynayır. 

Digərlərində olduğu kimi bizim ölkəmizdə də bir çox insan istehlak etmək üçün aldıqları tərəvəz və əti dondurur. Bəziləri yeməyin növündən asılı olaraq onu qurutmağa, sirkə çəkməyə və ya müxtəlif xüsusi məhlullarda saxlamağa üstünlük verir. Bəzən isə restoranlarda bu dondurulmuş qidaları yeyirik, ya da marketlərdən alırıq. 

Mütəxəssislərin sözlərinə görə, hər bir qidanın dondurulma və istifadə müddətinin özünəməxsus olduğu və dondurulmuş qidaların xarab olma prosesinin yavaşladığı zaman var. Ancaq onlar həmişəlik təzə qalmır. Etiketlənmənin və tarixin qeyd olunmasının vacibliyini də vurğulamaq lazımdır. 

Bildirilir ki, dondurulmuş qidalar bir çox xəstəliyin yaranmasına səbəb ola bilər. Onların bir neçəsini təqdim edirik: 

Ürək xəstəliyi riski

Dondurulmuş qidalar tərkibindəki trans yağlara görə ürək sağlamlığına mənfi təsir göstərir. Trans yağların istehlakı damarların tıxanmasına səbəb olaraq ürək xəstəliyi riskini artıra bilər. 

Yüksək qan təzyiqi təhlükəsi

Dondurulmuş qidalarda tez-tez rast gəlinən duz və şəkər əlavələri qan təzyiqini və hipertoniya riskini artıra bilər. 

Diabetin inkişafı

Dondurulmuş qidaların təravətini qorumaq üçün istifadə edilən nişasta diabetin inkişafına kömək edir.

Xərçəng riski

Xüsusilə dondurulmuş ətin mədəaltı vəzi xərçənginə səbəb ola biləcəyi bildirilir. Çünki dondurularkən bəzi dəyərlərini itirir və buna görə də o ehtiyatla istehlak edilməlidir. Hətta mümkündürsə, dondurulmuş ət istehlakından qaçmaq lazımdır. 

Qida dəyərlərinin azalması

Yuxarıda da qeyd etdiyimiz kimi dondurma prosesi bir çox qida dəyərinin azalmasına gətirib çıxarır. Folat və C vitamini kimi xüsusilə tez xarab olan vitaminlər dondurulduqdan sonra azala bilər. qidalanma proqramına daxil etməlisiniz.

Onu da xatırladaq ki, qidalanma etiketlərini diqqətlə araşdırmaq və sağlam alternativləri seçmək bu potensial riskləri azalda bilər.

# 4575
avatar

Sevinc Fərid

Oxşar yazılar

Hansı qidalar insanı xoşbəxt  edir?

Hansı qidalar insanı xoşbəxt edir?

25 may 2024 , 12:40
Xərçəngdən qorunmağın YEGANƏ YOLU

Xərçəngdən qorunmağın YEGANƏ YOLU

24 may 2024 , 19:07
İnfarktın  qarşısını alan   MƏHSUL

İnfarktın qarşısını alan MƏHSUL

24 may 2024 , 16:44
Çiyələyi həddindən artıq yemək  nələrə səbəb olur?

Çiyələyi həddindən artıq yemək nələrə səbəb olur?

24 may 2024 , 13:37
Uşaqlarda  panik atak   baş verməsinin ƏLAMƏTLƏRİ

Uşaqlarda panik atak baş verməsinin ƏLAMƏTLƏRİ

24 may 2024 , 13:15
İnsanın düşüncələrinin SAĞLAMLIĞINA ƏKS TƏSİRİ

İnsanın düşüncələrinin SAĞLAMLIĞINA ƏKS TƏSİRİ

24 may 2024 , 10:52
Şorba ilə arıqlamaq mümkündürmü?

Şorba ilə arıqlamaq mümkündürmü?

24 may 2024 , 09:35
Dünyanın səhər yeməyi ilə məşhur olan 10 ÖLKƏSİ

Dünyanın səhər yeməyi ilə məşhur olan 10 ÖLKƏSİ

23 may 2024 , 16:06