Ömrü uzadan  vərdişlər açıqlandı
23 aprel 2024 10:30 (UTC +04:00)

Ömrü uzadan vərdişlər açıqlandı

Sadə gündəlik vərdişlər həyatınızı uzada bilər.

Lent.az xəbər verir ki, bu barədə endokrinoloq Zuhra Pavlova danışıb. 

Onun sözlərinə görə, ən birinci qayda daim hərəkətdə olmaqdır. Bütün uzunömürlü insanlar idman zallarına getmirlər. Ancaq daim hərəkət edirlər. Onlar bağlar salır, evə qulluq edir, çox gəzirlər.

İkincisi, stress səviyyəsi azaldılmalıdır. Pavlova xəbərdarlıq edib ki, stress bir çox xəstəliklərlə əlaqəli olan xroniki iltihaba səbəb olur. Bununla yanaşı, həkim insanlarla ünsiyyətin vacibliyini qeyd edib.

Mütəxəssis yemək zamanı yüngül aclıq hissi ilə masadan qalxmaq və həddindən artıq yeməmək vərdişini də yaxşı əsas faktorlardan biri adlandırıb.

O, pəhrizə daha çox bitki mənşəli protein - lobya, soya və mərcimək əlavə etməyi məsləhət görüb. Məhz bu məhsullar uzunömürlülərin ən çox istehlak etdiyi məhsullardır. Ətdən imtina etmək lazım deyil, ancaq ayda beş dəfədən çox yemək məsləhət görülmür. O, sonda qeyd edib ki, müntəzəm olaraq şərab içmək də uzunömürlülüyə şərait yaradır.

# 2664
avatar

Sevinc Fərid

Oxşar yazılar