Öskürək və köpün   dərmanı - Razyana
20 aprel 2024 10:13 (UTC +04:00)

Öskürək və köpün dərmanı - Razyana

Lent.az “Şəfalı bitkilər” silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik.

Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir, amma daha böyük, daha ətirli bitkidir.

Razyana toxumlarının tərkibindəki 4-6 faiz efir yağı var. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat - kosmetika və əczaçılıq sənayesində işlədilir. Razyananı məhz  tərkibindəki efir yağı üçün becərirlər. O yabanı formada istənilən çətin şəraitdə yetişir, quraqlığa davamlıdır.
Dərman məqsədilə  budaqlarından və toxumlarından istifadə olunur. Qurudulmuş və yaşıl halda istifadə olunur. 

Razyana çayı tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi geniş istifadə olunur.

Razyana öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir.

Razyana toxumlarından alınan efir yağı mədə ağrılarına və öskürəyə yaxşı təsir göstərir.

Razyana və şüyüd suyu südəmər uşaqlarda həzm sistemini yaxşılaşdırır, köpü aradan qaldırır.

Razyananın toxumundan və yağından qənnadi və şirniyyat məmulatlarının hazırlanmasında istifadə olunur.
 

# 19941
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar