
Həmsədrlər birgə bəyanatla çıxış ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafına edilmiş səhra qiymətləndirici missiyasının yekunlarına həsr olunmuş birgə bəyanatla çıxış ediblər. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, missiya tərəflərlə əvvəlcədən razılaşdırılmış şəkildə oktyabrın 7-dən 13-dək gerçəkləşdirilib. Missiyanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası həyata keçirib. Missiyanın tərkibinə həmsədrlərin dəvəti əsasında üç ekspert də daxil edilib ki, onlardan ikisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləridir: “Missiya həmsədrlərə yerlərdə çoxsaylı insanlarla görüşmək və bu ərazilərdəki ümumi vəziyyəti, o cümlədən humanitar tələbatları dəyərləndirmək üçün gözəl imkan yaradıb. Hazırda həmsədrlər ekspertlərin iştirakı ilə missiya zamanı toplanan məlumatların analizini aparırlar. Bu iş başa çatdıqdan sonra həmsədrlər ATƏT-in daxili hesabatını hazırlayacaq və sənədi tərəflər təqdim edəcəklər”.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53