Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
APA-nın məlumatına görə, əvvəlcə MSK-nın 20 oktyabr 2010-cu il tarixli iclasının protokolu təsdiqlənib.
MSK katibi və üzvləri Natiq Məmmədov, Mikayıl Rəhimov, Ramiz İbrahimov, Validə Kazımova, Nizami Nadirov, Tofiq Həsənov daxil olan şikayətlər barədə məlumat veriblər.
2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılaraq, müvafiq qərarlar qəbul olunub. Həmçinin bəzi şikayətlər təmin olunub.
İclasda bildirilib ki, MSK-ya 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Rauf Arif oğlu Abbasovun (Arifoğlu) seçki qanunvericiliyini pozması ilə bağlı həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi Sədaqət Vəliyeva və digər 3 deputatlığa namizəd tərəfindən müraciət daxil olub. Müraciətdə R. Arifoğlunun qanunvericiliyin müvafiq tələblərini pozduğu iddia olunub və onun namizədliyinə xitam verilməsi xahiş olunub. MSK isə şikayətə aidiyyəti üzrə dairə seçki komissiyası tərəfindən baxılmalı olduğu bildirərək müraciəti 25 saylı Nizami ikinci seçki dairəsinə göndərilib.
Müraciətlərə baxılan zaman MSK üzvü Akif Qurbanov komissiyanın fəaliyyətini tənqid edib. MSK sədri Məzahir Pənahov cavab olaraq bildirib ki, MSK heç kimin imzasını səhv çıxarmır: “İmzaların eyni şəxs tərəfindən imzalanması ortaya qoyulur”.
M. Pənahov qeyd edib ki, iki gündən sonra bülletenlərin çapına başlanacaq: “Bu proses Milli Məclisin mətbəəsində aparılacaq. Bülletenlə bağlı bu günə qədər problem yaranmayıb”.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53