Avropadan qovulan azərbaycanlıların SAYI
22 yanvar 2026 10:23 (UTC +04:00)

Avropadan qovulan azərbaycanlıların SAYI

0

2025-ci il ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 23500 inzibati qərar qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 11512 müraciət daxil olub. 

Məlumata görə, iş icazəsi ilə bağlı müraciət edən əcnəbilər arasında Türkiyə Respublikası vətəndaşları üstünlük təşkil edir. Daxil olmuş müraciətlər əsasən tikinti, emal sənayesi və digər 17 iqtisadi fəaliyyət növü üzrə olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində ötən il ərzində 540 şəxsin ölkəyə readmissiyası həyata keçirilib. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub./ Modern.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar