Azərbaycan daha beş erməni hərbi əsiri qaytardı
28 yanvar 2021 18:21 (UTC +04:00)

Azərbaycan daha beş erməni hərbi əsiri qaytardı

Azərbaycan daha beş hərbi əsiri Ermənistana qaytarıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Hərbi əsirlərin qaytarılması Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Erməni hərbi əsirləri daşıyan təyyarə artıq Bakıdan havaya qalxıb.

Onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.

# 1926
avatar

Oxşar yazılar