Azərbaycan-Rusiya əlaqələrində DÖNÜŞ: Putin Əliyevlə razılaşdı
09 oktyabr 2025 19:00 (UTC +04:00)

Azərbaycan-Rusiya əlaqələrində DÖNÜŞ: Putin Əliyevlə razılaşdı

0

Xəbər verdiyimiz kimi, bu gün Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşü baş tutdu. 

Putinin bu görüşdə iki ölkə arasındakı gərginliyi azaltmağı qarşısına məqsəd qoyduğu hiss olunurdu.

Belə ki o, bir qədər əvvələ gedərək təyyarə faciəsinə toxundu və görüşə AZAL-a məxsus təyyarənin qəzaya uğramasına dair vəziyyətin müzakirə edilməsi ilə başlamağı təklif etdi. 

Ardınca Putin İlham Əliyevə bir daha qəza ilə bağlı başsağlığını çatdırdı və qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırlatdı.

Rusiya Prezidenti bildirdi ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.

Hadisə haqda danışan Putin qeyd etdi ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya Hərbi Hava Qüvvələri tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib.

“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.

Xatırladaq ki, Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiya qarşısında 4 şərt irəli sürmüşdü:

1. Rusiya təyyarə insidentinə görə üzr istəməli,
2. Rusiya hadisənin məsuliyyətini öz üzərinə götürməli,
3. Təyyarə qəzasına görə kompensasiyaların ödənilməsi,
4. Günahkarların cəzalandırılması.

Mahiyyət etibarilə Putinin açıqlaması bütün bu şərtlərin qəbul edildiyini göstərdi.

Beləliklə Rusiya Prezidentinin məlum açıqlamaları təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu deməyə əsas verir.

Və Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvvələr, xüsusilə Simonyan, Solovyov, Zatulin və digər bu kimi ermənipərəstlər öz məqsədlərinə nail ola bilmədilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar