Bir qrup hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi
29 dekabr 2020 13:17 (UTC +04:00)

Bir qrup hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi

0

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu  “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Bu medala layiq görülən 9376 hərbi qulluqçuların 2-si general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3108

Oxşar yazılar