Müharibə vaxtı Türkiyənin bütün səfirliklərinə bir mesaj gedib... - 5 il sonra açılan SİRR
08 noyabr 2025 12:06 (UTC +04:00)

Müharibə vaxtı Türkiyənin bütün səfirliklərinə bir mesaj gedib... - 5 il sonra açılan SİRR

0

Xarici İşlər naziri Ceyhun Bayramov 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana dəstəyindən danışıb. 

Lent.az xəbər verir ki, Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində müharibə dövründə Türkiyəyə məxsus "F-16"ların Azərbaycanda olmasının da mənəvi əhəmiyyətini yüksək qiymətləndirib:

“Müharibə günlərində Türkiyənin dəstəyi bizim üçün çox dəyərli və əvəzolunmaz idi. Mən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Ola bilsin Azərbaycan ictimaiyyəti bunu bilmir. Həmin günlər ərzində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi ki, Ankaradan gələn təlimat Bakıdan gələn təlimatla eyni qüvvəyə malikdir. Yəni Bakıdan nə təlimat gəlirsə, Ankaradan bunu yoxlamadan yerinə yetirməlisiniz. Təbii ki, diplomatik etiketə uyğun olaraq biz bunu etmirdik. Sözümüz olanda Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə çatdırırdıq. Ancaq bu mesajın verilməsi dünya diplomatiyasında bənzəri olmayan faktdır. Sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar