Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti
16 iyun 2021 15:50 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

“Qafqazda qanayan yara sağalıb" - Ərdoğan

0

“Bu gün bəxtiyaram. Çünki Qarabağı azad etmiş can Azərbaycanın Milli Məclisində sizlərlə bərabərəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Qarabağın azad edilməsi Azərbaycanın 30 illik müstəqillik tarixinin ən önəmli hadisəsidir: “Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq”.

“Ötən 30 ildə Qarabağda yaşanan gərginlik dönəmində kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin uduzduğu aydın görünür”.

Türkiyə Prezidenti bildirib ki, maddi və mənəvi baxımdan uduzanlar isə sadəcə Qarabağda yaşayan insanlardır: “30 ildir, mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın oldular. 30 il sonra bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu. Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub. Böyük liderlik göstərərək bu zəfəri və barışı Azərbaycana qazandıran Ali baş Komandan, hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm”.

Türkiyə lideri milli birlik ruhunu ən yüksəyə daşıyan Azərbaycan xalqını təbrik etdiyini vurğulayıb: “Əlbəttə qəhrəmanca, gözünü qırpmadan mübarizə aparan Azərbaycan əsgərini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2057

Oxşar yazılar