Qazaxla sərhədə gedən Paşinyanın helikopteri məcburi eniş etdi  - YENİLƏNİB
25 may 2024 11:25 (UTC +04:00)

Qazaxla sərhədə gedən Paşinyanın helikopteri məcburi eniş etdi - YENİLƏNİB

“Əzizlərim, hər şey qaydasındadır. Pis hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan helikopterinin təcili enişinə münasibət bildirərkən deyib.

“İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - o əlavə edib.

***

11:07

Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, baş nazir Paşinyan Taşirə gedirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Oxşar yazılar