Rusiyanın Kiyevə atdığı "İskəndər"in qəlpələri  Azərbaycan səfirliyinin binasına düşüb - VİDEO
14 noyabr 2025 15:22 (UTC +04:00)

Rusiyanın Kiyevə atdığı "İskəndər"in qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb - VİDEO

0

Rusiyanın ötən gecə Kiyevə atdığı “İskəndər” raketindən Azərbaycan səfirliyi ilə yanaşı Heydər Əliyev meydanına da ciddi ziyan dəyib. 

Lent.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. 

Qeyd edək ki, Rusiyanın Kiyevə hücumu nəticəsində 6 nəfər ölüb, 29 nəfər yaralanıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: 

***

saat 11:14

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”, - Zelenski qeyd edib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 974

Oxşar yazılar