Elman Abdullayev: “Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması...”
12 noyabr 2013 11:49 (UTC +04:00)

Elman Abdullayev: “Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması...”

0

“Ermənistan parlamenti tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsinin müzakirəsi münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərəcək və bu prosesin pozulmasına yönəlib”.


 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu məsələnin Ermənistan parlamentində müzakirəyə çıxarılması təxribatdır: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır”.

 

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Ovik Abramyan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin noyabrın 12-də keçiriləcək növbədənkənar sessiyada müzakirə olunacağını açıqlayıb. Qanun layihəsi müxalifətdəki “İrs” Partiyası tərəfindən hazırlanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1085

Oxşar yazılar