Elmar Məmmədyarov İndoneziyaya gedib
06 noyabr 2013 11:21 (UTC +04:00)

Elmar Məmmədyarov İndoneziyaya gedib

0

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 7-8-də İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün bu ölkəyə yola düşüb.


Lent. az-ın məlumatına görə, illik əsasda keçirilən Demokratiya Forumunun bu ilki mövzusu “Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi” olacaq.

Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübənin bölüşməsi vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. 

--

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 728

Oxşar yazılar