“APA Group” saytlarının yeni nəsil cihazlar üçün mobil versiyası hazırlanıb
APA-nın İT Departamenti tərəfindən hazırlanmış mobil versiyalar vasitəsilə saytlardan yeni nəsil cihazlar vasitəsilə istifadə etmək daha asan və rahat olacaq.
m.apa.az, m.lent.az, m.vesti.az, m.apasport.az saytları İpad, İphone, Symbion, BlackBerry, Android və s. yeni nəsil cihazlarında istifadəyə tam uyğunlaşdırılıb.
Saytları bütün dillər üzrə yeni nəsil cihazlardan izləmək mümkün olacaq.
Bu cihazlar vasitəsilə saytlardan istifadə edənlər istər yüklənmə həcmi, istərsə də sürət baxımından daha əlverişli xidmətdən yararlana biləcəklər.
Qeyd edək ki, “APA Group”a daxil olan Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaradılıb. Agentliyin www.apa.az saytı Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində fəaliyyət göstərir. Agentliyin saytı müasir İT texnologiyasının bir çox uğurlarından yararlanıb. Saytda istifadəçilərin kredit kartlar vasitəsilə xəbər almaları, abunəçilərə on-line xəbər xidməti göstərmək mümkündür.
Apasport Agentliyi 2007-ci ildə yaranıb. Azərbaycanda fəaliyyətə başlayan ilk idman agentliyidir. Agentliyin apasport.az saytı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu sayt idman hadisələrinin on-line yayımlanmasına daha çox diqqət ayırır və idman ictimaiyyətinin ən çox rəğbət bəslədiyi saytlardandır. Agentlik bir neçə dəfə idmana məsul qurumlar tərəfindən “ilin agentliyi” nominasiyasının qalibi olub.
“Lent.az” İnformasiya Agentliyi 2008-ci ildə yaranıb. www.lent.az Azərbaycan dilində ən çox oxunan xəbər saytıdır.
“Vesti.az” İnformasiya Agentliyi 2009-cu ildə yaradılıb. Vesti.az rus dilində fəaliyyət göstərir və regiondakı rusdilli saytlar arasında xüsusi reytinqi olan xəbər, araşdırma saytlarından biridir.

Oxşar yazılar

Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin
16 iyul 2025 , 13:52
Küləklə bağlı XƏBƏRDARLIQ
16 iyul 2025 , 13:19
40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI
16 iyul 2025 , 12:33Bu rayonlara leysan yağır - Faktiki HAVA
16 iyul 2025 , 10:41
İyulun ortalarında dönüş nöqtəsi başlayacaq: 4 BÜRC üçün şad xəbər
16 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
16 iyul 2025 , 08:13
Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02