70 QHT-nin sənədi hüquq-mühafizə orqanlarına göndərilə bilər
0
0
Lent.az-ın verdiyi məlumata görə, bunu şura sədri Azay Quliyrev bu gün 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib.
A.Quliyev bildirib ki, 2010-cu ildə şuraya 841 təşkilat layihə təqdim edib ki, onlardan da 352-nə maliyyə ayrılıb. O bildirib ki, 2010-cu ildə Azərbaycanda görülən mühüm işlərdən biri QHT-lərin vəziyyəti ilə bağlı Şura tərəfindən hazırlanan hesabat olub. Həmin hesabat Azərbaycanda QHT sektorunun müsbət və mənfi cəhətlərini ortaya qoyub. O bildirib ki, 2010-cu ildə Azərbaycanda vətəndaş cəmiyyətlərinin vəziyyəti ilə bağlı beynəlxalq konfrans da keçirilib. Həmin tədbirdə də 25 ölkədən nümayəndələr iştirak edib.
A.Quliyev qeyd edib ki, keçən il 805 QHT haqqında məlumat bazası yaradılıb və daha 605 təşkilat haqqında məlumat toplanılır.
Tədbirdə həmçinin təşkilatın media ilə sıx əlaqə qurduğu və ayda bir dəfə “İctimai kanal”da tok-şou tipli veriliş efirə çıxdığı vurğulanıb.
A.Quliyev deyib ki, şura tərəfindən 8 istiqamət üzrə layihələr maliyyələşdirilib. Belə ki, insan hüquqları üzrə 54, Dağlıq Qarabağ məsələsi üzrə 43, beynəlxalq inteqrasiya sahəsində 19, ətraf mühitin qorunması ilə bağlı 24 layihəyə vəsait ayrılıb.
O, həmçinin 2010-cu ildə ən yaxı 5 layihəni təqdim etmiş 5 qeyri hökumət təşkilatının mükafatlandırılacağını da bildirib.
A.Quliyev problemlərin olduğunu da qeyd edib. Onun sözlərinə görə əsas problem QHT-lərin vaxt-vaxtında hesabat verməməsi ilə bağlıdır: “Elə QHT-lər var ki, hələ də hesabat verməyib. Onların sayı 70-ə qədərdir. Əgər hesabatlarını verməsələr həmin təşkilatlar 2011-ci ildəki müsabiqədən kənarda qalacaqlar. Bu da nəticə verməsə həmin QHT-lərin sənədlərini hüquq-mühafizə orqanlarına göndərəcəyik”.
Ramiz