“Azərikimya”nın Hərbiləşdirilmiş Mülki Müdafiə Qüvvələri yaradıldı
0
0
“Mülki Müdafiə haqqında” qanundan irəli gələn vəzifələri həyata keçirmək, obyektin ərazisində yarana biləcək fövqəladə hadisələrin qarşısını almaq, baş vermiş hadisələrin nəticələrini aradan qaldırmaq və zədələnmə ocaqlarında xilasetmə işləri aparmaq məqsədi ilə ARDNŞ-in “Azərikimya” Istehsalat Birliyində Mülki Müdafiə Qərargahı (MMQ) və Hərbiləşdirilmiş Mülki Müdafiə Qüvvələri (HMMQ) yaradılıb.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, MMQ üzvlərinin və HMMQ komandirlərinin iştirakı ilə vəzifə təlimatlarının hazırlanması və görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müəyyən olunub.
Yaxın günlərdə MMQ və HMM dəstələrinin bütün manqa və məntəqə üzvləri ilə geniş tərkibdə ilk sınaq-yoxlama təliminin həyata keçirilməsi nəzərdə tutulub. Təlimin əsas məqsədi fövqəladə hadisələr zamanı MMQ üzvlərinin və HMMQ-nin qarşılıqlı və operativ fəaliyyətini təşkil etmək, mülki müdafiə hazırlığının real vəziyyətini öyrənmək, mümkün ola biləcək hər hansı bir qəza zamanı işçilərin mühafizə olunması səviyyəsini yoxlamaqdır. Təlimlər komandir heyətinin operativ və düzgün qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən hərbiləşdirilməmiş mülki-müdafiə dəstələrinin əməli vərdişlərə maksimum yiyələnmələri məqsədinə xidmət edəcək.