Sabah həkimlərin imtahanıdır
Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə sabah növbəti test imtahanı keçirəcək.
Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sertifikasiya prsesi çərçivəsində sayca 6-cı olan bu imtahanda mikrobiologiya ixtisasından olan orta və ali təhsilli tibb işçiləri iştirak edəcək. İmtahan saat 10.00-da nazirliyin Tibbi Kitabxanasının binasında (Şərifzadə küçəsi 196 ünvanda) başlayacaq.
Xatırladaq ki, imtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır. İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25