«Bakı-Xəbər» qəzeti «İslamda yas mərasimləri və əyintiləri» mövzusunda yazı müsabiqəsi elan edib
Bu barədə APA-ya «Bakı-Xəbər» qəzetinin redaksiyasından məlumat verilib.
Müsabiqədə iştirak etmək istəyənlərə və yazı janrına heç bir məhdudiyyət qoyulmayıb. Məqalələr A-3 formatda azı bir qəzet səhifəsi və minimum 10 min çap işarəsi həcmində olmalı, qəzetlərdən birində çap edilməlidir. Mövzu çərçivəsində Azərbaycanla bağlı yazılara üstünlük veriləcək.
Məqalələr fevralın 20-dən may ayının 20-dək "Bakı-Xəbər" qəzetinin redaksiyasında qəbul ediləcək. Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" Nəşriyyatının binası, 6-cı mərtəbə.
Üç ay müddətində qəbul edilən məqalələr qəzetin ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək və mayın sonu, iyunun əvvəllərində qaliblərə müvafiq mükafatların təqdimatı keçiriləcək. Müsabiqə iştirakçıları məqalənin çap olunduğu qəzetin bir nüsxəsini, şəxsiyyət vəsiqəsinin surətini, habelə məqalənin A-4 çap formatında iki nüsxəsini redaksiyamıza təqdim etməlidir. Məqalənin sonunda "İslamda yas mərasimləri və əyintilər" mövzusunda müsabiqəyə təqdim olunur" qeydi göstərilməlidir.
Qaliblər üçün aşağıdakı mükafatlar müəyyənləşdirilib: Birinci yer - 1 nəfər - 1000 manat; ikinci yer - 2 nəfər - hər birinə 500 (beş yüz) manat; üçüncü yer - 3 nəfər - hər birinə 300 (üç yüz) manat.

Oxşar yazılar
Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09