12 rayonda IX-XI sinif şagirdləri imtahan verdi
Təhsil Nazirliyi fevralın 20-də daha 12 bölgədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün sınaq imtahanları keçirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, dünənki imtahanlar Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində təşkil olunub. keçirilib.
Nazirlikdə bildirirlər ki, bu il orta məktəblər üzrə sınaq imtahanları təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, 12 fevral – 17 aprel aralığında keçirilir. İlk isınaq imtahanları fevralın 12-13-də Bakı şəhər məktəblərinin orta məktəblərində keçirilmişdi. İmtahanlar test üsulu ilə keçirilir və əldə olunan nəticə şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək. XI sinif şagirdləri üçün sınaq imtahanları 8 fənn, IX sinif şagirdləri üçün isə 2 fənn üzrə keçirilir.
Təhsil Nazirliyində bildirirlər ki, bazar günü keçirilən sınaq imtahanlarının nəticələri bir həftəyə açıqlanacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25
May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08