Azərbaycanın ilk hüquq professorunun 110 illik yubileyi keçirilib
Lent.az-ın məlumatına görə, Atatürk Mərkəzində təşkil olunan tədbir Koroğlu üverturasının səslənməsi ilə başlayıb. Tədbirin təşkilatçılarından olan hüquqşünas Səməd Vəkilov deyib ki, Azərbaycanın ilk hüquq professoru Mustafa Vəkilovun yubileyi tədbirləri Bakıdan əvvəl Gürcüstanda təşkil olunub. Onun sözlərinə görə, 2009-cu ilin yanvarında Gürcüstanda fəaliyyət göstərən hüquq müdafiəçisi Elbrus Məmmədovun rəhbərlik etdiyi QHT koalisiyasının Mustafa Ağa Vəkilovun anadan olmasının 110 illiyi çərçivəsində Azərbaycan və fransız dillərində Azərbaycanın ilk hüquq professorunun həyat və yaradıcılığından bəhs edən kitabı nəşr olunub. Həmçinin Turan Film Kinostudiyasında professor haqqında sənədli filimin çəkilişinə başlanıb. Müvəkkil Hüquq Mərkəzi isə professorun yubileyinə həsr edilmiş “Məhkəməyə etimad” layihəsini artıq başa çatdırıb.
Hüquqşünas Aydın Kərimov Mustafa Ağa Vəkilovun yubileyinin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və Azərbaycan klassik hüquqşünaslar nəslinin elmi irsinin araşdırılmasını vacib olduğunu vurğulayıb. Hüquq elmi üzrə fəlsəfə doktoru Bəhruz Kərimov isə Mustafa Ağa Vəkilovun həyatı və elmi fəaliyyətindən danışarkən onu müstəqillik və sovet dövrünün ziddiyyətlərini həyatında əks elətdirən bir şəxsiyyət kimi xarakterizə edib.
Tədbirdə çıxış edən professor Həsən Əlibəyli isə Mustafa Vəkilovun hüquq və əxlaq məsələlərindən bəhs edən əsərinə toxunaraq cəmiyyətdə əxlaq məsələlərinin ön planda olmasına ehtiyac olduğunu bildirib. Xalq şairi Vaqif Səmədoğlu vəkilovlar nəslinin repressiyasından, Cümhuriyyət irsinin tədqiqatçısı Teyyub Qurban Mircəfər Bağırovun Ensiklopediyanın yaradılmasını Mustafa Vəkilova həvalə etməsindən, bundan bir neçə il sonra Vəkilovun əksinqilabçı müsavatçı təşkilatda iştirakına görə sürgün olunmasından danışıb.
Xatırladaq ki, Mustafa Məhəmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflisdə anadan olub. 1917-ci ildə Tiflisdə birinci oğlanlar gimnaziyasında orta təhsilini başa vurduqdan sonra Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. Azərbaycan istiqlalını elan edəndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışan ilk hüquq professoru 1919-cu ildə Bakıya gəlib və Azərbaycan Xalq Cümhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib. 1924-cü ildə Bakıya qayıdan Vəkilov Xalq Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı və digər vəzifələrdə çalışıb. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunduqdan sonra pedaqoji və elmi fəaliyyətlə məşğul olub. 1935-ci ildə professor dərəcəsi alaraq Azərbaycanın ilk hüquqşünas alimi olan Mustafa Ağa Vəkilov 1941-ci ilin yanvarın 25-də "antisovet-millətçi təşkilatda iştirakına görə” 5 il müddətinə azadlıqdan məhrum edilib. 1943-cü il aprelin 30-da cəzasını çəkib qurtardıqdan sonra sürgündə vəfat edib.
Elxan SALAHOV

Oxşar yazılar

Həkimlərin “limit”i niyə tez bitir? – Şikayətlər çoxalır
8 may 2025 , 12:35
Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU
8 may 2025 , 12:20
ETİRAZ: 21 nömrəli avtobus niyə yoxa çıxıb? - “Gəlir qapını açmır”
8 may 2025 , 11:55
"Yeni bina prokurorluğun fəaliyyətini daha da məhsuldar edəcək" - Bakı şəhər prokuroru
8 may 2025 , 11:26
Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir keçirildi
8 may 2025 , 11:18
Azərbaycanda kişilər daha savadlıdır, yoxsa qadınlar? - ARAŞDIRMA
8 may 2025 , 11:10
7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
8 may 2025 , 10:56