
“Yaponiyadakı radiasiya Azərbaycana təsir göstərə bilməz”
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov APA-ya bildirib ki, Yaponiyanın atom elektrik stansiyalarındakı reaktorun özündə partlayış olmayıb: “Mətbuatda bununla bağlı yanlış məlumat verilir. Reaktorun üst müdafiə hissəsində partlayışlar olur ki, həmin hissədə də partlayan reaktorun içindən ayrılmış hidrogen qazıdır. Bu qazın partlayışı nəticəsində ətraf mühitə yayılan qaynar zonadan ayrılmış yüngül parçalanmış məhsullardır. Ona görə də yalnız həmin məhsullarının tərkibindəki radioaktiv qazlardan söhbət gedir. Bu qazların uzaq məsafəyə yayılmaq ehtimali yoxdur, çünki onun miqdarı azdır. Amma yaşayış zonaları üçün müəyyən məhdudiyyət qoyulduğu üçün Yaponiya hökuməti 30 kilometrlik məsafədə yaşayış məntəqələrini boşaldır. Bu radioaktiv maddələrin 2 kilometrdən sonra ziyanı olmur. Ona görə də bunun üçün təşvişə əsas yoxdur”.
A. Qəribov deyib ki, əgər Yaponiyada da Cernobıl variantı baş verərsə, o zaman radiasiya buludları elə həmin ərazidə çökəcək, quru materikə gəlib çıxmayacaq.
A. Qəribov deyib ki, əgər Yaponiyada da Cernobıl variantı baş verərsə, o zaman radiasiya buludları elə həmin ərazidə çökəcək, quru materikə gəlib çıxmayacaq.
Oxşar yazılar

Həkimlərin “limit”i niyə tez bitir? – Şikayətlər çoxalır
8 may 2025 , 12:35
Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU
8 may 2025 , 12:20
ETİRAZ: 21 nömrəli avtobus niyə yoxa çıxıb? - “Gəlir qapını açmır”
8 may 2025 , 11:55
"Yeni bina prokurorluğun fəaliyyətini daha da məhsuldar edəcək" - Bakı şəhər prokuroru
8 may 2025 , 11:26
Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir keçirildi
8 may 2025 , 11:18
Azərbaycanda kişilər daha savadlıdır, yoxsa qadınlar? - ARAŞDIRMA
8 may 2025 , 11:10
7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
8 may 2025 , 10:56