AMEA Biologiya elmləri bölməsi institutlarının veb-saytları hazırlanacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri bölməsi üzrə Problem Şurasının iclası keçirilib.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biologiya elmləri bölməsi üzrə Problem Şurasının sədr müavinləri AMEA-nın müxbir üzvü İbrahim Əzizov və AMEA-nın müxbir üzvü İradə Hüseynova Şuranın iş mexanizmi və qarşısında duran vəzifələr haqqında məlumat veriblər.
İclasda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş doktorant və dissertantların dissertasiya mövzularının təsdiq edilməsi qaydaları müzakirə edilib. Qeyd olunub ki, respublikamızın elmi müəssisələrində aparılan elmi-tədqiqat işlərinin elmi və praktiki səviyyəsinin yüksəldilməsi üçün fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq istəyən iddiaçılara verilən dissertasiya mövzuları ilkin olaraq Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi bölmələr üzrə müvafiq problem şuralarında müzakirə edilməli və sonradan müvafiq təşkilatların Elmi Şuralarında təsdiqlənməlidir. AMEA Biologiya elmləri bölməsi institutlarının, problem şuralarının veb-saytlarının hazırlanmasının vacibliyi vurğulanıb, bu məsələlərin bölmə bürosunun və AMEA Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılması qərara alınıb.

Oxşar yazılar

Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU
8 may 2025 , 12:20
ETİRAZ: 21 nömrəli avtobus niyə yoxa çıxıb? - “Gəlir qapını açmır”
8 may 2025 , 11:55
"Yeni bina prokurorluğun fəaliyyətini daha da məhsuldar edəcək" - Bakı şəhər prokuroru
8 may 2025 , 11:26
Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir keçirildi
8 may 2025 , 11:18
Azərbaycanda kişilər daha savadlıdır, yoxsa qadınlar? - ARAŞDIRMA
8 may 2025 , 11:10
7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
8 may 2025 , 10:56
Azərbaycanlı sərnişinlər Moskvadan Bakıya uça bilmir, aeroportda yatırlar - VİDEO
8 may 2025 , 09:53