Kommunal Müəssisələri Kombinatının direktoru cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Zərdab şəhər sakini Əlayib Həsənov tərəfindən Zərdab şəhəri Heydər Əliyev prospektində şam ağaclarının qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Zərdab şəhəri Heydər Əliyev prospektində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar yaşıllıq zolağında olan şam ağaclarının kəsildiyi məlum olub.
Faktla bağlı protokol tərtib edilərək Kommunal Müəssisələri Kombinatının direktoru Abuzər Mikayılov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub, ərazidə qanunsuz kəsilən ağacların sayından 10 dəfə çox yeni ağacların əkilməsi üçün Kommunal Müəssisələri Kombinatına bir ay müddətinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Məcburi göstərişin icrası olaraq artıq ərazidə yaşıllaşdırma işləri həyata keçirilir və ağacların əkilməsi nazirlik tərəfindən nəzarətdə saxlanılır.

Oxşar yazılar

Həkimlərin “limit”i niyə tez bitir? – Şikayətlər çoxalır
8 may 2025 , 12:35
Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU
8 may 2025 , 12:20
ETİRAZ: 21 nömrəli avtobus niyə yoxa çıxıb? - “Gəlir qapını açmır”
8 may 2025 , 11:55
"Yeni bina prokurorluğun fəaliyyətini daha da məhsuldar edəcək" - Bakı şəhər prokuroru
8 may 2025 , 11:26
Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir keçirildi
8 may 2025 , 11:18
Azərbaycanda kişilər daha savadlıdır, yoxsa qadınlar? - ARAŞDIRMA
8 may 2025 , 11:10
7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
8 may 2025 , 10:56