Qubada 5 azyaşlı ürəyindən əməliyyat olundu
Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahiyyə briqadası Qubada 9 xəstə üzərində açıq ürək əməliyyatlarının icrasına başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, əməliyyatlar Novruz Bayramı ilə əlaqədar keçirilən humanitar aksiya çərçivəsində baş tutub. Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri Rəşad Mahmudovun rəhbərliyi ilə aksiyanın ilk günü şəhid atası və Qarabağ əlili 62 yaşlı Rafiq Heybətov, Şuşa şəhərindən məcburi köçkün, 4 yaşlı Nəzrin Xəlilova və 1 yaşlı Mədinə İbrahimovanın üzərində açıq ürək əməliyyatları icra olunub. Hər üç əməliyyat uğurla nəticələnib. Onun sözlərinə görə, bu gün və sabah Şabran rayon sakini, 29 yaşlı Xədicə Abdulova, Quba rayon sakinləri - 55 yaşlı Səadət Məmmədrzayeva, 54 yaşlı Səfər Hüseynov, 4 yaşlı Gülşən Məmmədova, 10 yaşlı Zamir Niftiyev, 9 yaşlı Gülcahan Vəliyeva üzərində əməliyyatlar aparılması nəzərdə tutulur.
Əmrah Fəqanoğlu bildirib ki, xəstələrin 5-i azyaşlıdır və onlar ürəyin işemik xəstəliyi və anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hətta xəstələrin bəzilərində belə qüsurlar iki və ya daha çoxdur. Əməliyyatdan sonra bütün xəstələrin normal həyat şəraitinə qayıdacağı gözlənilir.
Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının martın 16-dan bölgələrdə keçirdiyi bu aksiya Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in maliyyə dəstəyi ilə keçirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Həkimlərin “limit”i niyə tez bitir? – Şikayətlər çoxalır
8 may 2025 , 12:35
Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU
8 may 2025 , 12:20
ETİRAZ: 21 nömrəli avtobus niyə yoxa çıxıb? - “Gəlir qapını açmır”
8 may 2025 , 11:55
"Yeni bina prokurorluğun fəaliyyətini daha da məhsuldar edəcək" - Bakı şəhər prokuroru
8 may 2025 , 11:26
Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir keçirildi
8 may 2025 , 11:18
Azərbaycanda kişilər daha savadlıdır, yoxsa qadınlar? - ARAŞDIRMA
8 may 2025 , 11:10
7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
8 may 2025 , 10:56