“Sosial xidmət haqqında” qanunu alimlər müzakirə edəcək
20 aprel 2011 18:34 (UTC +04:00)

“Sosial xidmət haqqında” qanunu alimlər müzakirə edəcək

Bu barədə Lent.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

O, qeyd edib ki, ümumiyyətlə qanun layihəsində əksini tapacaq sosial xidmətə ehtiyacı olan insanların kateqoriyasının müəyyənləşməsi nəzərdə tutulub. “Eyni zamanda qanunda sosial xidmətin növləri müəyyənləşməsi də qarşıda duran məsələlərdəndir. Burada sosial xidmət sistemi, sosial işçinin statusu müəyyənləşəcək, onların hüquq və vəzifələri bəlli olacaq. Yəni sosial xidmət qanunla tənzimlənəcək və sosial xidmətə götürülən insanlar artıq dövlət tərəfindən məvacib alacaqlar” - deyə, Quliyev vurğulayıb. Millət vəkilinin sözlərinə görə, aprelin 27-də isə parlamentdə “Pasientin hüquqları haqqında” qanun müzakirə olunacaq.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar