Azərbaycanda 8 mindən çox xarici işçi miqrant var
21 aprel 2011 10:46 (UTC +04:00)

Azərbaycanda 8 mindən çox xarici işçi miqrant var

Lent.az-ın məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyinin rəisi Rauf Tağıyev keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hazırda ölkəmizdə 8 mindən çox xarici işçi miqrant var. Onların yarıdan çoxu Türkiyə vətəndaşlarıdır. Tağıyevin dediyinə görə, bu ilin ötən dövrü ərzində ölkədə qeyri-leqal fəaliyyət göstərən 5 işçi miqrant aşkarlanıb. Ən çox əmək qanunvericiliyini pozanlar Gürcüstandan gələn azərbaycanlılardır. Onlar daha çox maşın təmiri sektorunda çalışanlardır.

O, ötən illərlə müqayisədə belə halların azaldığını qeyd edib. Hökumət rəsmisi onu da bildirib ki, şirkətlərdə çalışan işçilərin sığortalanması bu ilin əvvəlindən mütəşəkkil şəkildə həyata keçirilir. Tağıyev müəssisələrdə baş verən hadisələr zamanı xəsarət alan işçilərə sığorta ödənilməsi hallarının da artıq geniş yayıldığını söyləyib. O, hazırda sığorta məsələsinin xüsusi diqqət mərkəzində olduğunu da əlavə edib.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar