Səttar Mehbalıyev jurnalistləri həmkarlar ittifaqlarında birləşməyə çağırdı
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib. S.Mehbalııyev deyib ki, 2011-ci ilin 1-ci rübündə 24 nəfər peşə fəaliyyəti zamanı həyatını itirib, 44 nəfər xəsarət alıb. Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan müəssisələrdə isə 4 nəfər iş başında ölüb.
S.Mehbalıyev onu da qeyd edib ki, hər il onlara, pensiyaların düzgün hesablanmaması, işdən çıxarılma, mənzil növbəsindəki problemlərlə bağlı 160 mindən çox müraciət daxil olur. İşdən çıxarılma ilə bağlı 20 nəfərin işə yenidən qaytarılmasına nail olunub. S.Mehbalıyev bütün müəssisələri Həmkarlar İttifaqı yaratmağa çağırıb. O bildirib ki, ittifaqda birləşən işçilərin hüquqlarını müdafiə etmək də mümkün olub.
Konfederasiya sədri qeyd edib ki, hüquqları pozulan və onlara müraciət edən şəxslərin əksəriyyəti həmkarlar ittifaqlarında birləşməyib: “Bu gün kütləvi informasiya vasitələrində işləyənlərin əksəriyyəti də həmkarlar ittifaqları yaratmayıb. Bu səbəbdən də vaxtından çox işlədilmə və ya qanunsuz işdən çıxarılma ilə üzləşirlər. Odur ki, jurnalistləri həmkarlar ittifaqları yaratmağa çağırırıq”.
Ramiz MİKAYILOĞLU

Oxşar yazılar

"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18
Maqnit qasırğaları ilə bağlı həftənin PROQNOZU
12 may 2025 , 13:43
Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
12 may 2025 , 13:15
Çox güclü leysan yağacaq - Sabahın HAVASI
12 may 2025 , 12:45
May ayının əsas qəhrəmanları: 4 BÜRCÜN "qara zolağı" nəhayət bitəcək
12 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
12 may 2025 , 08:38
"Neftçi"nin keçmiş futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21