Komitə sədri: “Qadınlarda nikah yaşı qaldırılmalıdır”
21 aprel 2011 14:16 (UTC +04:00)

Komitə sədri: “Qadınlarda nikah yaşı qaldırılmalıdır”

Lent.az-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova bildirib. O qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi mütləq bu nikah məsələsində də öhdəliyi yerinə yetirəcək. Parlamentin Sosial siyasət komitəsinin bu məsələnin hələ tez olması ilə bağlı rəyinə münasibət bildirən H.Hüseynova deyib ki, bunun gec və ya tez olmasını heç kim qərar verə bilməz: “Əsas əhalinin buna münasibətidir ki, hazırda rəhbərlik etdiyim komitə bununla bağlı respublika üzrə iş aparır. Bizim regionlarda Ailə Dəstək Mərkəzlərimiz var. Son bir neçə ildə erkən nikahların sayının azaldılması, qeyri-rəsmi nikahların qarşısının alınması ilə bağlı bu mərkəzlər çox iş görüb”.


Onun sözlərinə görə nikah yaşının qaldırılması zamanı qeyri-rəsmi nikahların sayının artmaması üçün bu mərkəzlərin əhali arasında gördüyü işlərlə bağlı ictimai nəzarət də güclü olmalıdır.


Qeyd edək ki, Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda qadınlar arasında nikah yaşının 18-ə qaldırılmasının hələ tez olduğunu bildirib. Millət vəkilinin fikrincə, bu, indiki halda qeyri rəsmi-nikahların sayının artmasına gətirib çıxaracaq.
Son zamanlar erkən nikaha girənlərin sayının əsasən, regionlarda daha çox olmasına münasibət bildirən komitə sədri deyir ki, hazırda həmin rayonların adları dəqiqləşdirilir və bu məsələ diqqət mərkəzindədir.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar