Azad Rəhimov İordaniyada rəsmi səfərdədir
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gənclər üzrə Ali Şurada keçirilmiş geniş tərkibli görüşdə nümayəndə heyətləri iki ölkə arasında gənclər siyasəti və idman sahələrində iş təcrübəsinin mübadiləsi imkanlarını müzakirə edib, birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Burada hər iki ölkədə “Gənclər günləri”nin, gənclər siyasəti sahələrinə həsr olunmuş görüş və forumların keçirilməsi, tələbə və gənclər təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması müzakirə edilib.
Görüşlər zamanı hər iki ölkə başçısı arasında mövcud münasibətlərin bütün digər sahələrə təkan verdiyi vurğulanıb və tərəflərin müxtəlif sahələrdə konkret nəticələrə yönəlmiş birgə fəaliyyətinin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Səfər çərçivəsində Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət də verilib.
Xatırladaq ki, İordaniya ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlıq üzrə saziş və tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq üzrə tədbirlər planı mövcuddur.
Xəyalə

Oxşar yazılar

"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18
Maqnit qasırğaları ilə bağlı həftənin PROQNOZU
12 may 2025 , 13:43
Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
12 may 2025 , 13:15
Çox güclü leysan yağacaq - Sabahın HAVASI
12 may 2025 , 12:45
May ayının əsas qəhrəmanları: 4 BÜRCÜN "qara zolağı" nəhayət bitəcək
12 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
12 may 2025 , 08:38
"Neftçi"nin keçmiş futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21