Nazirlik xəbərdarlıq etdi
21 aprel 2011 17:45 (UTC +04:00)

Nazirlik xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Kür çayının Gürcüstan ərazisindəki Tiflis məntəqəsində suyun səviyyəsi son 2 gün ərzində 108 sm artıb, su sərfi 736 m3/san təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Kür çayının Ağstafa rayonundakı Qıraqkəsəmən məntəqəsində isə suyun səviyyəsi son 2 gün ərzində 31 sm artıb, su sərfi 655 m3/san təşkil edib.

Suyun Kür çayının Tiflis məntəqəsindən Qıraqkəsəmən məntəqəsinə qədər gəlib çatma müddətini, eyni zamanda aprelin 24-dək arabir intensivləşəcək yağışları nəzərə alaraq Kür çayının yuxarı axınında səviyyənin bir qədər artımı gözlənilir. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar respublikanın dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, Kür çayında yuxarı axarında çayın səviyyəsinin artması Qazağın Yuxarı Salahlı və Birinci Şıxlı kəndləri üçün ciddi problem yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar