Səlim Müslümov: “Pensiya təyinatının avtomatlaşdırılması prosesi davam etdirilir”
21 aprel 2011 20:34 (UTC +04:00)

Səlim Müslümov: “Pensiya təyinatının avtomatlaşdırılması prosesi davam etdirilir”

DSMF-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açılış mərasimində DSMF-nin sədri Səlim Müslümov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış ediblər. Səlim Müslümov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial müdafiəsini gücləndirmək sahəsində həyata keçirilən tədbirlərdən danışıb. DSMF sədri qeyd edib ki, indiyə qədər Fondun 70-dən yuxarı şöbəsində müasir kompüter infrastrukturu yaradılıb. DSMF-nin bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüterlər sistemləri ilə təchiz ediliblər və hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır. Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılıb və bu da Fondun işini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırır.


Səlim Müslümov bildirib ki, qarşıdakı dövrdə bu istiqamətdəki vəzifələrin sürətlə yerinə yetirilməsi üçün bütün səylər səfərbər olunacaq: “Hazırda mühüm tədbirlərdən olan pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərin mühüm istiqamətlərindən biri də müasir infrastrukturun qurulmasıdır”.


Daha sonra mərasim iştirakçıları binada işçilər üçün yaradılan şəraitlə tanışlıq olublar. DSMF-nin Qəbələ rayon şöbəsi 11 min 980 nəfər pensiyaçıya xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar