Bakı Neft Emalı Zavodunun işçiləri imtahan veriblər
21 aprel 2011 18:39 (UTC +04:00)

Bakı Neft Emalı Zavodunun işçiləri imtahan veriblər

0
“Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nə uyğun olaraq, aprel ayının 12-dən 20-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ)mühəndis-texniki işçilərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyasının norma və qaydaları üzrə bilikləri yoxlanılıb.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu müddət ərzində zavodun istehsalat sexləri və idarəetmə aparatında çalışan 334 nəfər mühəndis-texniki işçi öz biliklərini sınayıb.

Bu məqsədlə zavod direktorunun birinci müavini, baş mühəndis Nail Əmirovun sədrliyi ilə yaradılmış komissiya tərəfindən imtahan keçirilib. Test üsulu ilə keçirilmiş imtahanın sualları Heydər Əliyev adına BNEZ-in Təhlükəsizlik, ekologiya və keyfiyyət xidməti tərəfindən tərtib edilib. Müəssisənin İnformasiya Texnologiyaları Mərkəzinin zalında imtahanın gedişi üçün hər cür şərait yaradılıb. Beləliklə, zavodun mühəndis-texniki işçilərinin biliyi kompüter vasitəsilə qiymətləndirilib, onların nəzəri hazırlıq səviyyələri müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2294

Oxşar yazılar