Azərbaycan və Avstriya universitetləri arasında yeni saziş imzalandı
21 aprel 2011 19:42 (UTC +04:00)

Azərbaycan və Avstriya universitetləri arasında yeni saziş imzalandı

Lent.az-ın məlumatına görə, sazişə Azərbaycan tərəfdən universitetin rektoru Cəfər Cəfərov, Avstriya tərəfindən isə universitetin prezidenti Hans Boyer imza atıb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ATU ilə Avstriyanın adıçəkilən universiteti arasında əvvəlki saziş 4 il öncə imzalanıb. Sazişə əsasən, universitetin 17 məzunu olub. Yeni anlaşma isə ATU-nun daha 25 tələbə hazırlamasını nəzərdə tutur. Növbəti illərdə bu tələbələrin sayının 30-a çatdırılması planlaşdırılıb. Məzunlara həm ATU, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomları veriləcək.

Rektor Cəfər Cəfərov ATU-nun doktorantura mərhələsi məzunlarının Vyana universiteti tərəfindən hazırlanması üçün danışıqlara başlandığını açıqlayıb. Hans Boyer isə Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar