Yağışlar davam edəcək
30 aprel 2011 08:00 (UTC +04:00)

Yağışlar davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az- verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı, duman olacağı gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar