ARDNŞ Gül bayramına hazırlaşır
0
0
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət sarayları və uşaq bağçalarının kollektivləri Bakı şəhərinin ayrı-ayrı rayonlarında təşkil olunacaq bayram tədbirlərinə qatılacaqlar.
May ayının 2-də Səbail rayonu ərazisində yerləşən “Sahil” bağında ARDNŞ və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək Gül bayramında mədəniyyət saraylarının bədii özfəaliyyət kollektivləri bu münasibətlə hazırladıqları konsert proqramını və müxtəlif bədii kompozisiyaları paytaxt sakinlərinə təqdim edəcək. Bununla yanaşı, uşaq bağçalarında və mədəniyyət evlərində fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə hazırlanan və Heydər Əliyevin xatirəsinə həsr olunan maketlər, əl işləri, rəsmlər, gül kompozisiyaları nümayiş olunacaq.