Memarlıq və İnşaat Universiteti ilə “Neftqaztikinti”nin iş planı tərtib edildi
Memarlıq və İnşaat Universitetində ARDNŞ-nin “Nefqaztikinti” Trestinin rəhbərliyi ilə görüş keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, prorektor Fərhad Cəfərov, “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov, müdir müavini Fuad Süleymanov və Xarici Əlaqələr Şöbəsinin rəisi Mayis Bədəlovun iştirakı ilə keçirilən görüşdə 20 Noyabr 2009-cu il tarixində ARDNŞ və Memarlıq və İnşaat Universiteti arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən universitet və trest tərəfindən 2010-cu il üçün təsdiq edilmiş iş planının icrası və qarşıda duran məsələlər ətraflı müzakirə olunub, 2011-ci il üçün yeni iş planı tərtib edilib.
Qeyd edilib ki, Memorandum çərçivəsində 2010-cu ilin yayında Memarlıq və İnşaat Universitetinin 75 tələbəsi “Neftqaztikinti” Trestinin istehsalat sahələrində, eləcə də Neft Daşlarında və “Günəşli” yatağında yerləşən əsaslı tikinti və təmir obyektlərində təcrübə keçiblər. Trest üzrə keçirilmiş işə qəbul müsabiqəsində Memarlıq və İnşaat Universitetinin 3 məzunu işlə təmin olunub.
Xatırladaq ki, ARDNŞ və Memarlıq və İnşaat Universiteti arasında imzalanmış Əməkdaşlıq Memorandumu Şirkətin tikinti müəssisələrindəki maddi-texniki bazadan istifadə üzrə qazanılmış təcrübədən Universitetin tələbə-müəllim heyətinin yararlanmasını, Universitetin elmi-texniki nailiyyətlərinin istehsalatda tətbiqini, eyni zamanda tələbələrdə təcrübi biliklərə marağın artırılmasını nəzərdə tutur.

Oxşar yazılar

DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39