Xüsusi dövlət informasiya ehtiyatı sistemi yaradılıb
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Ərazi Dövlət Nəzarəti İdarələrinin əməkdaşları üçün seminar keçirilib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 aprel 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən irəli gələn məsələlərə həsr olunub.
Seminarda Komitənin Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri İbrahim Babayev çıxış edərək bildirib ki, ölkə başçısının fərmanına əsasən mayın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlayacaq. Aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən vahid məlumat reyestrinin aparılması həvalə edilib, reyestrin forması və aparılması qaydası təsdiq edilib. Bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən xüsusi dövlət informasiya ehtiyatı sistemi yaradılıb. Yaradılmış sistem vasitəsilə sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması mümkün olacaq.
Seminarda Ərazi Dövlət Nəzarəti İdarələrinin əməkdaşlarına xüsusi dövlət informasiya ehtiyatı sisteminin istifadəsinə dair hazırlanmış təlimat açıqlanıb. Mayın 1-dən tətbiq ediləcək yeni sistemin təfərrüatları barədə seminar iştirakçıları məlumatlandırılıb.

Oxşar yazılar

"28 May" yenidən təmir olunur? - AÇIQLAMA
13 may 2025 , 11:38
Əmircanın bu küçələrində sanki müharibə filmi çəkilib
13 may 2025 , 11:32
“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 , 11:24
DİQQƏT: Telefonda bankla bağlı sualları cavablandırmayın, təhlükə var
13 may 2025 , 10:20
Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?
13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02