Ölkədaxili nəqliyyatda gənclər üçün güzəştlərin edilməsi təklif olunur
02 may 2011 16:01 (UTC +04:00)

Ölkədaxili nəqliyyatda gənclər üçün güzəştlərin edilməsi təklif olunur

Bu gün Gənclər üçün Təhsil Mərkəzində “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı 3 gənclər təşkilatının birgə müzakirəsi keçirilib.

Gənclər üzrə Təhsil Mərkəzindən Lent.az-a verilən məlumata görə, müzakirəyə Gənclər üçün Təhsil Mərkəzinin, Azərbaycan Tələbələr Birliyinin və “Uğurlu gələcək” İctimai Birliyinin fəalları qoşulublar.

Müzakirə zamanı iştirakçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə əlaqədar 6 aprel 2011-ci il tarixli sərəncamının imzalanmasını, dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını, müvafiq qurumlarda bu tip ictimai müzakirələrin təşkil olunmasının yüksək qiymətləndiriblər.

Daha sonra cəmiyyətimizin aktiv təbəqəsi olan gənclərin təklifləri dinlənilmiş və onlar ətrafında müzakirələr aparılıb. Gənclərin müzakirələri nəticəsində aşağıdakı təkliflər meydana çıxıb:

- Gənclər üçün muzey, teatr və kinoteatrlarda güzəştlərin edilməsi;

- Ölkədaxili avtobus, dəmiryolu və hava yollarında gənclər üçün xüsusi güzəştlərin edilməsi;

- Regionlarda gənclər üçün ictimai İKT mərkəzlərinin yaradılması;

- Universitetlərdə təhsil alan gənclərin xüsusi iş qrafikləri (part time) ilə çalışa biləcəyi iş yerlərinin yaradılması;

- Azərbaycan Gənclər Portalının yaradılması;

- Gənclər sahəsində media qurumlarının formalaşdırılması;

- Gənclərin ideya yarmarkalarının təşkil olunması .

Təkliflər qısa müddət ərzində Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar

Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

13 may 2025 , 16:31
Ən zərərli   süd məhsulu AÇIQLANDI

Ən zərərli süd məhsulu AÇIQLANDI

13 may 2025 , 16:21
Bank kartı fırıldaqları:  Aldanılmamaq üçün nə etməli?

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri

Magistratura imtahanının nəticələri

13 may 2025 , 15:49
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR”  -VİDEO

Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO

13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 13:08