Çexiya sığorta-pensiya orqanının rəhbər şəxsləri Bakıya gəlib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, may ayının 7-i tarixinə kimi davam edəcək səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, ötən ilin sentyabr ayında DSMF mütəxəssislərindən və aparıcı şöbə müdirlərindən ibarət nümayəndə heyəti Cexiya Respublikasında səfərdə olub. Çexiya Respublikasının sığorta-pensiya orqanının dəvəti ilə baş tutan səfər zamanı tərəflər bir sıra məsələlərlə bərabər “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində Saziş” layihəsini ətraflı müzakirə ediblər.
Çexiyanın sığorta- pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri zamanı keçiriləcək görüşlərdə layihə ilə bağlı danışıqların ikinci mərhələsi aparılacaq. Bundan başqa, nümayəndə heyəti DSMF Aparatının işi, burada qurulan müasir məlumatlandırma sistemi, eyni zamanda Fondun rayon şöbələrinin fəaliyyəti ilə tanış olacaqlar.

Oxşar yazılar

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?
13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri
13 may 2025 , 15:49Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08
Zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49