“İlin kitabxanası” müsabiqəsi başa çatdı
Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqə “İlin Mərkəzləşdirilmiş Kitabxana Sistemi”, “İlin şəhər (rayon) uşaq kitabxanası”, “İlin kənd, qəsəbə kitabxana filialı” nominasiyaları üzrə keçirilib. Müsabiqədə kitabxanaların şəhərin, rayonun, kəndin ictimai həyatında fəal rolu, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi məsələləri, mütəxəssislərin peşəkar və yaradıcı potensialının inkişafına dəstəyi, sosial-mədəni proqramları, təhsil müəssisələri ilə birgə fəaliyyət proqramları, uşaqlarda elmə, mütaliəyə həvəs oyadan qarşılıqlı fəaliyyət proqramları və digər xüsusiyyətləri nəzərə alınıb.
Müsabiqə komissiyasının yekun rəyinə əsasən ”İlin mərkəzi kitabxanası” nominasiyası üzrə - Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), “İlin uşaq kitabxanası” nominasiyası üzrə Şirvan şəhər MKS-nin Uşaq Kitabxanası, “İlin kənd kitabxanası” nominasiyası üzrə Salyan rayon MKS-nin Aşağı Kürkənd kitabxana filialı qalib elan olunub.
Qaliblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif pul mükafatları ilə təltif ediləcək, habelə sözügedən kitabxanaların mütəxəssisləri kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təşkil edilən beynəlxalq konfranslarda iştirakı dəstəklənəcək.
Xəyalə

Oxşar yazılar

Ən zərərli süd məhsulu AÇIQLANDI
13 may 2025 , 16:21
Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?
13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri
13 may 2025 , 15:49Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08