Görkəmli jurnalist Tofiq Rüstəmov anılacaq
Lent.az-ın məlumatına görə, mərhumun doğulduğu Quba rayonunda baş tutacaq toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimləri, yerli icra hakimiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər.
Qeyd edək ki, T.Rüstəmov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil olub. Ali təhsilini başa vurandan sonra sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan “Uçitelskaya qazeta”nın respublikamızda xüsusi müxbiri işləyib. Mərhumun jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçib. Burada o, tərcüməçilikdən informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlib. Şəxsi təşəbbüsü və axtarışları sayəsində dönə-dönə xatırlanan “Ulduz” radio proqramı ərsəyə gəlib.
Səmərəli fəaliyyətinə görə, 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə “Kommunist” (“Xalq qəzeti”) qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53