KİVDF Azərbaycan dilinin qorunması mövzusunda müsabiqənin qaliblərini açıqladı
06 may 2011 17:14 (UTC +04:00)

KİVDF Azərbaycan dilinin qorunması mövzusunda müsabiqənin qaliblərini açıqladı

Fonddan Lent.az-a verilən məlumata görə, Müşahidə Şurası aprelin 25-də elan edilmiş “Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda layihə müsabiqəsi və regionlarda konfransların keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Fondun icraçı direktoru Vüqar Səfərliyə deyib ki, Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması və .Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması istiqamətləri üzrə elan edilmiş müsabiqəyə ümumilikdə 7 layihə təqdim olunub. Bu layihələrdən 2-si birinci istiqamətə, 5-i ikinci istiqamətə təqdim olunub. Layihələrin surətləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə paylanılıb və onlar təqdim olunmuş layihələrlə yaxından tanış olublar. Sonra Müşahidə Şurasının üzvləri layihələrlə bağlı müzakirələr apararaq səsvermə yolu ilə qalibləri müəyyənləşdiriblər.

Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması istiqaməti üzrə Elektron Mediaya Yardım Fondunun layihəsi, Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması istiqaməti üzrə Mətbuat Şurasının layihəsi qalib elan olunub.

Regionlarda konfransların keçirilməsi məsələsi Müşahidə Şurasının üzvləri arasında geniş müzakirə olunub və onlara 10 gün ərzində təklifləri hazırlayaraq Fonda təqdim etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar