Hindistanlı professor Dillər Universitetində mühazirə oxudu - FOTO
Leent.az-ın ADU-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, eləcə də həmin fakültənin Hindistanşünaslıq ixtisası üzrə təhsil alan II və IV kurs tələbələri iştirak edib.
Hindistanlı professor Abhijit Sen mühazirəsində Benqal ədəbiyyatı və musiqisini formalaşdıran şair, dramaturq, musiqiçi, rəssam Rabindranat Taqorun yaradıcılığından ətraflı məlumat verib. Rabindranat Taqorun qurucu yazılarına, milliyətçi ruhuna və beynəlmiləlləşmə anlayışına xüsusi önəm verdiyindən danışan A. Sen dramaturqun müasir Hindistanın qurucuları arasında güclü eklektisizminə (zidd fikirləri mexaniki birləşdirmə) görə fərqləndiyini bildirib.
R. Taqorun teatrda bir sıra müasir milli və beynəlxalq mədəni irslərin aşılanmasında rolu olduğunu vurğulayan professor buna onun həm yazılarında, həm də tamaşalarında rast gəlindiyini qeyd edib.
A. Sen “Gitanjali” poemasının müəllifi kimi Taqorun Nobel mükafatına layiq görülmüş ilk qeyri – avropalı olduğunu da bildirib. Bununla yanaşı, Taqor bir sıra hekayə, oçerk, şeir və 100-dən artıq sulu boya ilə çəkilmiş rəsmlərin müəllifi kimi də tanınır.
Sonda müxtəlif professorların Taqor haqqında söylədikləri fikirlərdən ibarət video-slayd nümayiş olunub. İştirakçılar R. Taqorun rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olublar.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04